ABŞ Rusiya və Belarus arasında nüvə silahlarına dair razılaşmanı qətiyyətlə pisləyib.
32gun.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.
Miller jurnalistlərə açıqlamasında, "Biz bu tənzimləməni qətiyyətlə pisləyirik. Bu, Rusiyanın Ukraynadakı genişmiqyaslı əməliyyatlara başlamasından bəri müşahidə etdiyimiz məsuliyyətsiz davranışın daha bir nümunəsidir” - deyə, vurğulayıb.
Miller xatırladıb ki, bu münaqişədə kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə ağır nəticələrə gətirib çıxaracaq.
Nurlan Şiraliyev