DÜNYA ÖZ XƏBƏR

Torbanın içərisində tualetdən tapılan meyitlə bağlı ŞOK TƏFƏRRÜAT - 900 min borca görə…

İstanbulda avtomobil yuma işi ilə məşğul olan Metin Üreyil mayın 27-si şənbə günü evdən çıxıb və geri qayıtmayıb.

32gun.az Türkiyə KiV-nə istinadən bildirir ki, Üreyilin yaxınları dərhal polisə gedərək müraciət ediblər. Mövzu ilə bağlı araşdırmaya başlayan polis kamera görüntülərindən müəyyən ediblər ki, Üreyıl itkin düşdüyü gün günorta saatlarında mağazasından çıxaraq bir avtomobilə minib və oradan uzaqlaşıb. Araşdırmalarda avtomobilin M.A.İ-yə məxsus olduğu müəyyən edilib. Daha geniş tərtibdə araşdırma aparan polis əməkdaşları şübhəlinin Üsküdarda Respublika Məhəlləsində iş yerlərinin birinin tualetində torbanın içində cəsəd tapıblar.

İtkin Üreyilə aid olduğu təsbit edilən cəsədin başından güllə ilə öldürülərək torbaya qoyulduğu müəyyən edilib. Qətl bürosu əməliyyatçıları tərəfindən aparılan araşdırmada hadisənin səbəbinin təfərrüatları məlum olub. İddialara görə, M.A.İ ilə Metin Üreyil arasında 900 min lirə borc problemi olub. Hadisə baş verən gün M.A.İ-nin Üreyili iş yerinə apardığı bəllimolub. Müəyyən edilib ki, M.A.İ  Üreyili öldürdükdən bir gün sonra işçisi İhsan A.-ya zəng edərək yanına gələrək ərazini təmizlətdiri, meyiti torbaya salaraq zirzəmidəki tualetə atıb.

Olayla bağlı saxlanılan iki şübhəli bölmədə ifadəsi alındıqdan sonra məhkəməyə sövq edilib. Hadisə ilə əlaqədar istimtaq davam etdirilir. Hadisəni törədərək qaçan şübhəli M.A.İ. hər yerdə axtarışa verilib. 
Ayxan

Oxşar Xəbərlər