İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşəcək.
32gun.az bu barədə "Haberglobal"a istinadən xəbər verir.
Bildirək ki, tərəflər arasında baş tutacaq görüşün tarixi hələlik dəqiq deyil, görüşün bu gün və ya sabah keçirilməsi nəzərə tutulur.
Qeyd edək ki, Türkiyə mətbuatında yer alan məlumatlara görə, prezident seçkilərindən sonra CHP sədrinin dəyişdiriləcəyi, bu posta Əkrəm İmamoğlunun gətiriləcəyi iddia olunur.
Nurlan Şiraliyev