DÜNYA ÖZ XƏBƏR

Məktəb gəzintisi zamanı DƏHŞƏT! Uşaqlar hündürlükdən yıxıldı - Yaralılar var

Kanadada parkların birində təşkil olunan məktəb gəzintisi zamanı dəhşətli hadisə baş verib.

32gun.az xarici KİV-nə istinadən bildirir ki, uşaqlar təxminən 5 metr hündürlüyü olan tikilidən yıxılıblar.

Hadisə nəticəsində 16-sı uşaq olmaqla ümumilikdə 17 nəfər xəsarət alıb. Xəstəxanadan uşaqların 10-11 yaş arasında olduğu və həyati təhlükəsi olmayan xəsarətlər aldığı  bildirilib.

Səlahiyyətlilər bildiriblər ki, uşaqların necə yıxıldığı barədə dəqiq məlumat yoxdur.

Ayxan

Oxşar Xəbərlər