Anadolu Agentliyi İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğluna qarşı təzminat davası açıb.
32gun.az xəbər verir ki, agentliyin vəkilləri məsələ ilə bağlı Büyükçekmece Asliye Məhkəməsinə müraciət ediblər.
Müraciətdə, İmamoğlu tərəfindən agentliyin nüfuzuna xələl gətirəcək ifadələr işlədildiyi, əsassız iddialar irəli sürüldüyü qeyd olunub. İmamoğlunun irəli sürdüyü iddialara görə bəzi abunəçilərin Anadolu Agentliyi ilə əməkdaşlığa son qoyduğunu bildirən şirkət kommersiya itkisinə məruz qaldığını vurğulayıb.
Qeyd edək ki, Anadolu Agentliyi dəymiş mənəvi ziyana görə 100 min lirə (8,190 AZN) məbləğində təzminat tələb edib.
Xatırladaq ki, Ə.İmamoğlu mayın 14-ü baş tutan prezident seçkiləri zamanı Anadolu Agentliyi barəsində, “Biz irəlidəyik. AA-ya aldanmayın, onlar yalançıdırlar” ifadələrini işlədib.
Nurlan Şiraliyev