“Ocaq Oil Group” MMC barəsində protokol tərtib edilib.
məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanov icraatına verilib.
Bu maddəyə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan MMC-nin qanuni təmsilcisi Üzeyir Orucov Vaqif oğludur.
Ayxan