DÜNYA
Pezeşkian Putinlə bunu müzakirə edib
İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışarkən bildirib ki, İsrail və ABŞ İrandakı vəziyyəti gərginləşdirməkdə iştirak edib.
"32gun.az" xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
“İrandakı son hadisələrdə ABŞ-nin və İsrailin birbaşa iştirakı göz qabağındadır", - deyə İran lideri vurğulayıb.
Bundan əvvəl Rusiya prezidenti Moskvanın Yaxın Şərqdəki vəziyyəti sabitləşdirmək üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu təsdiqləyib. O, Rusiyanın bütün maraqlı dövlətlərin iştirakı ilə konstruktiv dialoqa kömək etməyə hazır olduğunu bildirib.