Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq direktoru Mətanət Qarayeva İşə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
32gun.az-ın məlumatına görə, M.Qarayevə yenidən işə bərpa olunması üçün Elm və Təhsil Nazirliyini məhkəməyə verib.
İlk inistansiya məhkəməsində Elm və Təhsil Nazirliyininə xeyrinə qərar çıxarılsa da, M.Qarayevə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
İşə hakim İkram Şirinovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 20 oktyabr 2022-ci il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Qarayeva Mətanət Ələsgər qızı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə ləğv edilib.
Xatırladaq ki, həmin qərardan ki, bir neçə ay əvvəl Mətanət Qarayevanın intihara cəhd etmişdi. O, intihara Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi rəhbərliyini onu incitməsini səbəb kimi göstərmişdi.
Ayxan