"İNVEST.M CONSTRUCTION" MMC məhləməyə verilib.
32gun.az bildirir ki, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə (Siyasi, Sosial Və Əmək Hüquqlari Əleyhinə Olan Inzibati Xətalar) protokol tərtib edilib.
Hazırlanmış protokol Nəsimi Rayon Məhkəməsinə verilib.
Bildirək ki, nizamnamə kapitalı 100 AZn olan "İNVEST.M CONSTRUCTION" MMC-nin qanuni təmsilçisi CAVİD MUSAYEV İNTİQAM oğludur.
Qeyd edək ki, adıçəkilən MMC Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən binalarda qeyri-qanuni söküntü işləri aparması ilə mətbuatın gündəminə dümüşdü. Məlumata görə, paytaxtın “Yaşıl vadi” adlanan, 100 ildən çox yaşı olan ağaclarla əhatələnmiş məhəlləsində “İnvest M. Construction” adlı tikinti şirkəti yeni bina tikmək niyyətinə düşmüdü.
Ayxan