Şişlidə dəhşətli shadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, iki maskalı şəxs küçənin ortasında rezidenslərin birindən çıxan üç liviyalıya silahla hücum çəkib və güllə atıb. Hücum zamanı iki nəfər yaralanıb. Hadisəni törədən əxslər olay yerindən qaçıblar.
Həmin qorxulu anlar təhlükəsizlik kamerasına düşüb.
Hadisə yerinə təcili yardım və polis qrupu sövq edilib. Yaralılardan ikisi təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Hücumda istifadə edilən silahda səsboğucu olduğu bildirilib.
Qaçan hücumçuların tutulması istiqamətində istintaq davam etdirilir.
Ayxan


