Rusiya və İranın birgə PUA istehsalı ilə bağlı ABŞ-dan yeni açıqlama gəlib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi açıqlama verib.
Con Kirbi bəyan edib ki, İran Moskvaya Rusiya daxilində yeni İHA obyekti tikməkdə kömək edir.
İran və Rusiya arasında hərbi əməkdaşlığın artdığını ifadə edən Kirbi, Rusiyanın may ayı etibarilə İrandan yüzlərlə kamikadze pilotsuz uçan aparatı və İHA istehsalı ilə bağlı avadanlıq aldığını qeyd edib.
Kirbi, İranın Əmirabad limanından çıxarılaraq Xəzər dənizi vasitəsilə Rusiyanın Mahaçqalaya göndərildiyini söyləyib. O həmin pilotsuz təyyarələrin Rusiya qüvvələri tərəfindən Ukraynaya qarşı istifadə edildiyini iddia edib.
Kirbi həmçinin Moskvadan təxminən 1100 kilometr uzaqlıqda, Rusiyanın Alabuqa Xüsusi İqtisadi Bölgəsində yerləşdiyi iddia edilən İHA istehsal müəssisəsinin planlaşdırılmış yerinin peyk görüntülərini və İranın Rusiyaya pilotsuz təyyarələrin nəql marşrutunu göstərən xəritələri paylaşıb.
Rusiya və İran arasında ikitərəfli mübadilə olduğunu qeyd edən Kirbi Moskvanın Tehrana raketlər, elektron avadanlıqlar və hava hücumundan müdafiə də daxil olmaqla “görünməmiş” müdafiə əməkdaşlığı təklif etdiyini bildirib. Kirbi bu ilin əvvəlində İranın Rusiyanın Sukhoi-35 (Su-35) döyüş təyyarələrinin alınması ilə bağlı razılığa gəldiyinə diqqət çəkib.
Ayxan