2014-cü ildən bu ilin fevralına qədər Şotlandiyada regional baş nazir vəzifəsində çalışmış Nikola Sturgeon Şotlandiya Milli Partiyasının (SNP) maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
32gun.az xəbər verir ki, ölkənin polisinin verdiyi açıqlamada, SNP-nin maliyyələşdirmə istintaqında saxlanılan Sturgeonun əlavə istintaqa qədər heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb.
Açıqlamada həmçinin qeyd edilib ki, Sturgeon səhər saat 10.09-da saxlanılıb və dindirildikdən sonra saat 17.24-də sərbəst buraxılıb.
Qeyd edək ki baş nazirin həyat yoldaşı Murrell də toplanlıan 19.5 milyon yardım kampaniyasını mənimsəmək iddiası ilə istintaqa cəlb olunub.
4 il partiyanın icraçı direktoru olan Murrell 12 saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb, lakin Sturgeonun evində və SNP qərargahında araşdırmalar günlərlə davam etdirilir.
Partiyanın Maliyyə Məsələləri üzrə Mütəxəssisi Colin Beattie də saxlanılıb və o, sərbəst buraxıldıqdan sonra vəzifəsini tərk etmək qərarını açıqlayıb.
Aysel Şirinova
