DÜNYA ÖZ XƏBƏR

Ölən sabiq nazirlə bağlı bu iddialar yenidən GÜNDƏM OLDU: Villasında orgiya edib, 17 yaşlı xanımla..

Xəbər verdiyimiz kimi İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni 87 yaşında vəfat edib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, 2010-cu ildə bir villada gənc qadınlarla cinsi əlaqədə olduğu və "bunga bunga" adı ilə məşhur orgiyalar (üçdən çox şəxsin iştirak etdiyi bir növ “seks məclisi”) təşkil etdiyi iddia edilən Berluskoninin ölümündən sonra yaddaşlara həkk olunmuş kobud səhvləri yenidən gündəmə gəlib.

Sosial mediada Berluskoninin qalmaqalları danışılarkən, ən çox onun İspaniyada keçirilən AB sammitində İspaniyanın xarici işlər naziri Xosep Pikedən sonra əl jesti etdiyi xatırlanıb.

A New Take on Bunny Ears - Top 10 Worst Silvio Berlusconi Gaffes - TIME

2022-ci ilin dekabrında Berluskoni İtaliya A Seriyasında rəqiblərini məğlub edəcəyi təqdirdə, rəhbəri olduğu "Milan" klubundakı futbolçuların soyunub-geyinmə otağına bir avtobus dolusu seks işçisi gətirəcəyini vəd etmişdi.

2010-cu ildə Milanda keçirilən motosiklet sərgisində iştirak edən Berluskoni “Həmişə olduğu kimi, fasiləsiz işləyirəm və vaxtaşırı gözəl qızlara baxıram. Gey olmaqdansa, gözəl qızlara baxmaq daha yaxşıdır" demişdi. 

Berluskoni ilə bağlı ən partlayıcı hadisələrdən biri onun villasındakı ziyafətlərdə "Ruby Rubacuori" kimi tanınan 17 yaşlı mərakeşli rəqqasə və yüngül əxlaqlı həyat tərzi sürən Karima El Mahruqa pul verməsi ilə bağlı iddia olub.

The women of Italy's 'Rubygate'

Digər bir iddiada 2010-cu ildə bir villada gənc qadınlarla cinsi əlaqədə olub və "bunga bunga" kimi tanınan orgiyalar təşkil edib. 

2010-cu ildə bir villada gənc qadınlarla cinsi əlaqədə olduğu iddia edilən və "bunga bunga" kimi tanınan orgiyalar edən Berluskoni çox çətin anlar yaşayıb.
Həmin vaxt 17 yaşında olan mərakeşli rəqqas Karima El Mahrouqun verdiyi açıqlamalar həm İtaliyada, həm də beynəlxalq aləmdə gündəm olmuşdu.

Ekran Alıntısı

Rubacuori Milanda prokurorlara Berluskoninin 20 gənc qadınla Afrika üslubunda rəqs etdiyini və "bunga bunga" adlı orgiya etdiklərini söyləmişdi. 

Ayxan

Oxşar Xəbərlər