DÜNYA ÖZ XƏBƏR

Məşhur tarixçiyə xərçəng diaqnozu qoyulub

Həkimlər tarixçi və Rusiyanın əməkdar müəllimi Tamara Eyldelmanda (Rusiya Federasiyasında “xarici agent” kimi tanınıb) onkoloji xəstəlik diaqnozu qoyublar. Xəstəliyin metastaz verdiyi bildirilir.

32gun.az yazır ki, bu barədə Tamara Eyldelman şəxsi saytında məlumat verib.
Tarixçinin sözlərinə görə, xəstəlik 2025-ci ilin sentyabrında Portuqaliyada poliplərin götürülməsi ilə bağlı əməliyyatdan sonra aşkarlanıb. Daha sonra ona uşaqlığın götürülməsi əməliyyatı da keçirilib. Lakin Yeni ildən sonra aparılan müayinələr zamanı şişin metastaz verdiyi məlum olub.
“Təəssüf ki, orqanizmimdəki bütün bədxassəli hüceyrələrin yox edildiyi ilə bağlı nikbin ehtimal doğru çıxmadı. Metastazlar bir limfa düyününə qədər yayılıb. Bu isə o deməkdir ki, qarşıda kimyaterapiya və radioloji müalicə var”, – deyə Tamara Eyldelman qeyd edib.
Xatırladaq ki, ötən ilin dekabrında Moskva prokurorluğu Tamara Eyldelmana qarşı açılmış cinayət işi üzrə ittiham aktını təsdiqləyib. Ona Rusiya Cinayət Məcəlləsinin “nasizmin reabilitasiyası” və “Rusiya Silahlı Qüvvələrinin istifadəsi barədə bilərəkdən yalan məlumatların açıq yayılması” maddələri ilə iki epizod üzrə qiyabi ittiham irəli sürülüb.

Ayaz 

Oxşar Xəbərlər