İsveç polisinin “Quranın yandırılmasını qadağan edən” qərarı Ali Məhkəmə tərəfindən ləğv edilib.
32gun.az məlumat verir ki, Ali Məhkəmədən verilən açıqlamada aprelin 4-də təhlükəsizlik riski səbəbiylə Quranı yandırmaq istəyən iki nəfərə icazə verməyib. İnzibati məhkəmə isə polisin bu qərarını ləğv edildiyini açıqlayıb.
Fevral ayında İraq əsilli Salvan Momika Stokholmdakı İraq səfirliyində, Afrika əsilli Kris Makoundout isə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmaq istəmişdi. Polis bu təxribatlara icazə verməmişdi.
Momika və Makoundoutnun polisin qərarını məhkəməyə verməsindən sonra qadağa aradan qaldırılıb.
Aysel Şirinova