"Sərhəddə yaşanan gərginlik mütəmadi olaraq olur. Bu gərginliyin bir neçə səbəbıəri və hədəfləri var. Birinci hədəf əlbəttə artıq ermənilərər sülh müqaviləsinin bağlanmasından qaçma, manipulyasiya etmə imkanlarının getdikcə daralmasıdır. Digər səbəb və yaxud hədəf KTMT-nin Rusiyanın bu regiona cəlb etməsidir. Beynəlxalq qurumların diqqətinin bu regiona cəlb etməsidir".
Bunu 32gun.az-a açıqlamasında Hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.
Ekspert bildirib ki, həmçinin bu regionda maraqlı olan ölkələrin maraqlarını təmin etməsini göstərmək olar:
"Digər tərəfdən Avropanın missiyaya göndərilməsi qərarını və missiyanın sayının getdikcə çoxalmasını Fransanın burada maraq1larını göstərmək olar. Regionda sülhə mane olmaq istəyın qüvvələr həm ermənistanın içərisində həm də kənardadır. Əlbəttə bu gün geosiyasi arenada gedən söhbətlər Rusiya və Rusiyaya qarşı olan qüvvələrin maraqlarının bu regionda toqquşması da vəziyyətin gərginləşməsində Azərbaycan Eemənistan münasibətlərində öz xeyirində istifadə etməsində və bu fonda Rusiyanı bu regiondan sıxışdırıb çıxartması kimi də qiymətləndirməl olar. Azərbaycanın daxilində Rusiyanın sülhməramlı qüvvələrin yerləşdiyi ərazidə və Qarabağ iqtisadi zonasında atəşkəsin pozulmasının məhz qanunsuz silahlıların tərksilah edilmə müddətinin uzadılmasldlr. Əlbəttə bu fonda Rusiyanln da marağı görünür. Ona görə ki Rusiya Azərbaycan ərazisində öz missiyaslnl uzatmaq niyyətindədir. Uzatmağın da yolu həmin ərazilərdə vəziyyətin gərginləşməsidir.
Hazırda isə atəşkəsin pozilması və təxribatların coğrafiyası genişlənir. ABŞ Moskva kimi bir neçə platformada danışıqaların aparılması böyük dövlətlərin ermənistanı sülhə məcbur etməsində və bu regionda öz maraqlarının olmasında istəklərinin olduğunu göstərir. Böyük dövlətlərinin maraqlarının olmasına səbəb regionun inkişafı regionda olan investisiyalar logistik və enerji kəmərlərinin çevrilməsidir.
Əroğanın Bakıya gəlməsi isə ermənistan və Azərbaycan arasındakı sülhü sürətləndirəcək. Görüşdə regionda qarşıya qoyulan hədəflər bir daha müəyyənləşdirildi. Bu hədəflər içərisində Zəngəzur dəhlizi məsələsinin həlli ivə Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin bağlanması yer aldı. Bu görüşdən belə bir nəticə çıxartmaq olar ki Ermənistan istəsə də istməsəs də heç bir kənar qüvvəıər, bəyannamədə nəzərdə tutulan öhdəliklər Zəngəzur dəhlizinin açılması sülh müqaviləsi məsələsi həll olunacaqdır.
Belə olan halda buna qarşı olanqüvvələr də altivləşir və təxribat törədirlər. Ancaq bütün bu təxribatların fonunda dünən Laçın dəhlizində Azərbaycan sərhəddində artıq bir müddət sərhəd nəzarət postunun məntəqəsinin yaradılmasından sonra ora atəş açılması və gizirin yaralanması dövlətimizə olan təcavüz kimi dəyərləndirilə bilər.
Buna görə də indi bu məsələlərlə bağlı Azərbaycan, Rusiya, Ermənistan komissiyası cinayət işi qaldırıblar. Hazırda istintaq gedir. Düşünürəm ki, istintaqın nəticəsinə görə ciddi qərarlar qəbul olunacaq. Hal-hazırda, əlbəttə, Laçın dəhlizindən keçən sərhəd məntəqəsi yolu bağlıdır. Bağlanmasının səbəbi ondan ibarətdir ki, Azərbaycan tərəfi sərhəd keçid məntəqəsində təhlükəsizliyi təmin etməlidir. Ermənistanın təxribata əl atdığı və təhlükə yaratdığı halda əlbəttə Azərbaycan tərəfi Azərbaycan sərhədçiləri orada dinc əhalinin keçməsini təmin etmədiyindən və Ermənistandan əlavə zəmanət alandan sonra sərhəd keçid məntəqəsi öz fəaliyyətini davam etdirəcəkdir. O zamana qədər hələki qarşı tərəf zəmanət vermədən əlbəttə o Laçın dəhlizində və yaxud sərhəd keçid məntəqəsindən istifadə etmək qadağandır. Buna görə də ora bağlıdır. Bu da müəyyən bir şəkildə atəş açanların məqsədini göstərir.
Sərhəd keçid məntəqəsi bağlı olduğu halda, maşınların gediş-gəlişi bağlı olduğu halda səs yayırlar ki, "Azərbaycan blakadada saxlayır Dağlıq Qarabağ iqtisadi zonasını və s. Bundan irəli gələrək etnik təmizləməyə hazırlaşırlar".
Təbiiki, bu Ermənistanın mövqeyidir. Mən düşünürəm ki, bu gün Azərbaycanla Ermənistan arasında nəzarət sərhəd keçid məntəqəsi bağlıdırsa, bu ilk növbədə cavabdehlik ermənilərdədir. Ermənilər təhlükəsizliyi özləro öz öhdəsinə düşən şəkildə təmin etməsələr o nəzarət sərhəd keçid məntəqəsi təbii ki fəaliyyət edə bilməz. Yenə də deyirəm onların əsas səbəbi də ondan ibarətdir ki, orada tam keçid zamanı mülki şəxslərin təhlükəsizliyini təmin etmək olmur belə olduğu halda. Azərbaycan ordusu və peşəkar sərhədçiləri bütün əməliyyat şəraitini hər zaman olduğu kimi nəzarət altında saxlayırlar. Və adekvat cavabı verərək qarşı tərəfi susdururlar. Dünən gedən gərginlikdə yenə də itirən tərəf ermənilər oldu. Azərbaycan sərhədçiləri o cümlədən də Azərbaycan ordusunun bölmələri bir daha peşəkarlığını göstərərək orada olan yüksək təhlükəsizlik tədbirləri nəticəsində itkisiz, adekvat cavab verə biliblər, bundan sonra da verəcəklər. Əlbəttə, bu gün cəmiyyətdə çox gəzir, antiterror əməliyyatının aparılması və s. Mən deyərdim ki, adekvat cavab da antiterror əməliyyatının elementidir. Çünki, terrorçulara qarşı, silahlılara qarşı, atəşə qarşı Azərbaycan tərəfi o nöqtəni susdurmaqla adekvat cavabla cavab verir. İstər sərhəddə istərsə də Azərbaucanın Qarabağ iqtisadi zonasında.
O ki, qaldı daha irimiqyaslı hansısa əməliyyatın keçirilməsi əgər ehtiyyac olarsa, məqam yaranarsa, danışıqlar artıq prosesi tükədərsə, Azərbaycan ordusu Azərbaycanın Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, qadirdir.
O ki, qaldı şərti sərhəddə, əgər ermənilər bundan sonra da təhlükəli şərait yaradacaqlarsa, təxribatlara əl atacaqlarsa orada olan yaşayış məntəqlərinə və dinc sakinlərə təhlükə yaradacaqlarsa Azərbaycan dövləti bufer zonası və yaxud sanitar zonası adlandıran belə bir təhlükəsiz zona yaratmalı olacaq.
Necə ki, Türkiyə dövləti, digər dövlətlər bunu edir.
Ölkədə yaranacaq təhlükəni dinc yaşayış məntəqlərindən uzaqlaşdırmaq üçün bufer zonası və yaxud sanitar zonası adlandıran belə bir təhlükəsiz zona yaradırlar.
Azərbaycan Türkiyə qardaşlığı və iki ölkə arasındakı münasibətlər, Ərdoğanın yenidən seçilməsi əlbəttə bu regionda müsbət proseslərin inkişaf etdirilməsindın xəbər verir.
Mən düşünürəm ki, Türkiyə dövlət başçısı bundan sonra da bu regionda sülhün bərqərar edilməsində, qorunmasında, haqqın tərəfində olaraq bütün lazım olan, tədbirləri, öz yardımını, dəstəyi həmişə olduğu kimi göstərir və bundan sonra da göstərəckdir.
Ancaq ermənilər getdikcə sonlarını görürlər və ümidləri boşa çıxır. Ona görə də hansısa sifarişləri yerinə yetirməklə öz vəziyyətini hələ də ağır olan vəziyyətini daha da ağırlaşdırmaq istəyirlər.
Sadə ermənilər isə sülhün tərəfadırırlar və sülhü gözləyirlər artıq yorulublar. Onların bu fikirləri sosial şəbəkələrdə də tez tez söylənilir ki, sülh müqaviləsi ilk növbədə ermənilər üçün bir xilas ola biləcək bir addımdır. Ona görə ki, sülh müqaviləsi həm Türkiyə ilə sərhədləri açır, həm də Azərbaycanla iqtisadi və digər əlaqələr üçün imkan yaradır. Bunun da hamsı əlbəttə bu regionda yaşayan o cümlədən ermənistanda yaşayan ermənilər üçün çox böyük dəstəkdir. İqtisadiyyatı çökmək üzrə olan, sosial problemlərdə boğulan erməni xalqı artıq bundan bezib və sülh müqaviləsinə üz tutub, müqavilənin bağlanmasını gözəyirlər".
Aysel Şirinova