SİYASƏT ÖZ XƏBƏR

"Sülh müqaviləsi bu ilin sonuna qədər imzalana bilər" - Siyasi Şərhçidən AÇIQLAMA

Son günlərdə sərhədyanı ərazilərdə eyni zamanda Qarabağda baş verən toqquşmaların açıq qarşıdurmaya çevrilməsi ehtimalı narahatlığa səbəb olub. Ermənistanın təxribatlara əl atmasında müəyyən planlarının olduğu da açıq şəkildə məlumdur.

Mözvu ilə bağlı 32gun.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, Paşinyan bölgədəki sakitliyi pozmaqla sülh müqaviləsinin imzalanması prosesini ləngitməyi, dövlətlərdən yardım almağı planlayır.

O həmçinin vurğulayıb ki, bölgədəki gərginliyin kökündə dayanan əsas amil Ermənistan rəhbərliyinin sülh sazişini imzalamaq iqtidarında olmamasıdır:

"Azərbaycan Prezidenti açıq şəkildə dedi ki, sülh sazişinin imzalanmasına yalnız siyasi iradənin olmaması mane olur. Bu da aydındır. Nikol Paşinyanın Ermənistanda nüfuzu xeyli aşağı düşüb, onun reytinqi haradasa 15% səviyyəsindədir. Üstəlik anlayır ki, imzalanacaq sazişi erməni cəmiyyətinin qəbul etmək ehtimalı çox aşağıdır. Çünki ermənilər reallıqlardan çox uzaqdırlar, reallıqları hələ də anlaya bilməyiblər. Onlardan fərqli olaraq, Paşinyan vəziyyəti bilir və dərk edir ki, sülh sazişi mütləq imzalanmalıdır. Bu günlərdə o bunu açıq şəkildə etiraf etdi ki, sülh gündəliyindən imtina etmək Ermənistanın və Qarabağın məhvinə gətirib çıxara bilər. 

Bu təxribatlar da həmin sazişin imzalanmasının mümükün qədər ləngidilməsinə yönəlib. Erməni cəmiyyətini sülhə hazırlamaq, onlara müəyyən həqiqətləri çatdırmaq üçün Paşinyan vaxt qazanmaq və ilin sonuna qədər bu prosesi uzatmaq istəyir. 

Təxribatlar təbii ki, davam edəcək. Azərbaycan isə Ermənistanın bu cəhdlərinin qarşısını layiqincə alacaq, ancaq müharibənin başlanması ehtimalı son dərəcə aşağıdır. Bu nə Ermənistanın nə də Azərbaycanın maraqlarına xidmət etmir. Sülh sazişinin imzalanması üçün əlverişli məqamdan istifadə etmək bizim, həm də Ermənistanın maraqlarına cavab verir. 

Ekspert həmçinin Fransanın Ermənistana hərbi dəstəyi məsələsinə də toxunub. Onun fikirlərinə görə, Ermənistanın istər Fransadan istərsə də digər ölkələrdən hərbi yardım almaq imkanı yoxdur: 

"Fransanın Ermənistana hərbi yardımı ciddi hadisə sayıla bilməz. Avropa ilk növbədə Fransa Ukraynaya hərbi yardım etmək üçün əlindən gələni edir. Bu yardım isə göz qabağındadır ki, kifayət deyil. Buna görə də Ermənistanın Fransadan alacağı silah-sursat son dərəcə məhduddur. Alandan sonra isə hansı yolla gətirə biləcək bu da ikinci problemdir. Çünki Gürcüstan buna imkan vermir, İrandan gətirilməsi isə əlavə problemlər yaradır. 

Rus silahını İrandan gətirmək mümkündü lakin Qərb buna imkan verər mi sual altındadır. Üstəlik onu da nəzərə alaq ki Ermənistanın silah almaq üçün maddi imkanlarıə da yoxdur. Artıq 2 ildir k, Rusiya verdiyi bir neçə yüz milyon dolları nə geri qaytara bilir, nə də silah ala bilir. 

Bu vəziyyətdə Ermənistanın silah almaq üçün əlavə vəsait ayırması təbiidir ki, son dərəcə çətindir. Bu səbəbdən mən ciddi qarşıdurmanın olacağını gözləmirəm. 

Fransanın məqsədi təbidir ki, aydındır. Fransa hər zaman Ermənistana dəstək verib. Bu ölkə Azərbaycanın bölgədə nüfuzunun artmasından qorxur. Fransa həm də Türkiyənin bölgəyə daha çox nüfuz etməsindən narahatdır və bunun qarşısını almaq, eyni zamanda bölgədə təsirini artırmaq üçün əlindən gələni etməyə çalışır, ancaq Fransanın əlindən gələn də o qədər çox deyil. 

Hələlik yalnız müəyyən təxribatçı bəyanatlarla Ermənistanın yanında olduqlarını dönə-dönə təkrarlamaq, Azərbaycan əleyhinə müəyyən sənədlərrin qəbul olunmasına nail olmaqla məşğuldur. Bundan o tərəfə Fransa hələ ki, keçə bilmir. Keçmək ehtimalı da aşağıdır. 

Sülh sazişinin imzalanması istiqamətində Qərbin fəallığı artıb. Azərbaycan və Türkiyə bunun üçün əllərindən gələni edirlər. Bunun qarısını almaq üçün bundan sonra da Ermənistanla Rusiya müəyyən təxribatlar törədə bilər ancaq bu təxribatlar sülh sazişinin imzalanmasına mane ola bilməyəcək. Güman ki, bu ilin sonuna qədər bu saziş imzalanacaq. 

Aysel Şirinova

Oxşar Xəbərlər