İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Rusiyanın köməyilə silahla təchiz olunması məsələsi gündəmə gəlmişdi. Son günlərdə cəbhədə baş verən təxribatlardan sonra hərbi cəhətdən çökmüş bu ölkəyə indi hansı ölkənin dəstək olması məsələsi yenidən aktuallaşıb.
Mövzu ilə bağlı 32gun.az-a danışan Əhəd Məmmədli bildirib ki, Hazırda Ermənistanın ən böyük silah təchizatları İran və Hindistandır.
O həmçinin bu fikirləri də səsləndirib:
"Ermənistanın silahlanmasına İranla Hindistan kömək edir. Hətta bu ölkələr Ermənistanı silahla təchiz etmək baxımından Rusiyanı qabaqlayır. Ukrayna ilə müharibədən sonra Rusiyanın başı özünə qarışıb və silahlar özünə lazımdır. Rusiya özü silah axtarışındadır, nəinki Ermənistana silah satsın.
Fransa isə siyasi dəstəklə yanaşı, hərbi dəstək də olmaq istəyir. Lakin Ermənistana silah dəstəyi gəlməsi üçün bir marşurut var, bu da Gürcüstan ərazisindəndir.
Məlumdur ki, ikinci Qarabağ müharibəsində Gürcüstan öz ərazisindən Ermənistana silahın keçməsinə icazə verməmişdir.
Ümid edirik ki, Gürcüstan yenə Azərbaycana eyni tərəfdaşlığı göstərib öz ərazisindən Ermənistana silahlar daşınmasına imkan yaratmayacaq".
Aysel Şirinova