"ELİPS-R" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ məhkəməyə verilib.
32gun.az xəbər verir ki, İlham Mahmudov İsa oğlu irkətlə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Məhləmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
Bildirək ki, "ELİPS-R" MƏNZİL-TİKİNTİ KOOPERATİVİNİN nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi, sədri RAUF BAYRAMOV MURAD oğludur.
Mətbuatda gedən məlumatlara görə, MAHMUDOV İLHAM İSA OĞLU keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudovun əmisi oğludur. O da sabiq MTN əməkdaşı olub. İ.Mahmudov da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə edilən əməkdaşlarından olub.
Məlumatda qeyd edilir ki, 2014-cü ilin yayında şirkətin ofisinə eyni vaxtda beş MTN əməkdaşı gəlir. Onlar MTN sədri Eldar Mahmudovun əmri ilə gəldiklərini bildirir və Bayramovu həbslə hədələyərək ondan ya pul verməsini, ya da tələb olunan məbləğin ekvivalenti olaraq mənzil tələb edirlər. Bərk qorxan rəhbərlik elə yerindəcə MTN şefinin əmisi oğlu İlham Mahmudovun adına order tərtib edir və həmin orderə görə, İlham Mahmudov binanın üçüncü blokunda mənzil üçün 309 min manat “ödəyib”. Aydındır ki, “Elips-R” şirkətində İlham Mahmudovu heç vaxt görməyiblər. iş adamları MTN rəhbərinin qohumuna tikintisinə hələ başlanılmamış binanın üçüncü blokunda mənzil “satıblar”. Üstəlik, “Elips-R” şirkəti həmin binada mənzil satışını heç elan da etməmişdi. Nəticədə İlham Mahmudov özünün virtual 309 min manatına görə mövcud olmayan binada mənzil alıb.
Ayxan