Kılıçdaroğlundan İmamoğlu ilə bağlı önəmli AÇIQLAMA - SON DƏQİQƏ
28 may seçkilərindən sonra 2-ci dəfə canlı yayıya çıxan Kılıçdaroğlu jurnalistlərin suallarını cavablandırıb. Kılıçdaroğlunun İmamoğlu ilə bağli dedikləri marağa səbəb olub.
32gun.az xəbər verir ki, jurnalistlərlə görüşdə Kılıçdaroğlu "Respublikamızın tarixində belə çirkin seçki kampaniyası olmayıb. Yəni heç vaxt yalan və saxtakarlıqla bağlı kampaniya aparılmayıb. Montaj videolarına sığınan fırıldaqçı prezident kürsüsündə otura bilməz. İlk növbədə deyirəm ki, sarayın mənəvi legitimliyi şübhə altına alınmalıdır. Media bunu müzakirə etməyib. Niyə müzakirə olunmur?" deyə qeyd edib.
O həmçinin rəhbərlik etdiyi CHP partiyasından da danışıb:
"Dəyişikliyə ən açıq olan partiya CHP-dir. Partiyanın bir əsr yaşının olmasının təməlində də bu dayanır. Bəli, biz dəyişikliklərə yol açacağıq. Transformasiyaya yol açacağıq. CHP-nin fəlsəfəsi də budur. Biz bunu artıq edirik və etməliyik. Amma dəyişiklik öz qaydaları çərçivəsində baş verəcək".
Təbii ki, bizim partiyada hər kəs rəhbər namizəd ola bilər. Əkrəm bəy namizəd olacaq ilk insan deyil. Şirkətlər ayrı, partiyalar ayrıdır. Siz partiyanı bir şirkət kimi düşünə bilməzsiniz. Bu fərq bilinməlidir. Təbii ki, o, namizəd ola bilər. Əkrəm uğurlu bir bələdiyyə sədridir".
Qeyd edək ki, CHP-də rəhbır posta namizəd olduğu iddia edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun "dəyişiklik'" çağırışı ilə bağlı gündəmi yaradacaq yeni açıqlamalar verib. Jurnalistlərin suallarını cavablandıran İmamoğlu, "dəyişiklik" prosesi, namizədlik və yeni partiya iddiaları ilə bağlı danışıb. Heç vaxt "kreslo" istəyən bir şəxs olmadığını vurğulayan İmamoğlu, "Təqdim etdiyim üsulda namizədlik elanı yoxdur" deyib. Dəyişiklik arzusunda qərarlı olduğunu vurğulayan İmamoğlu, çağırışında qətiyyən bir rəhbər post təsviri olmamasını qeyd edib.
Aysel Şirinova