KRİMİNAL

Bakıda gecə saatlarında DƏHŞƏTLİ HADİSƏ: Zaur Həmətov öldürüldü

Bakıda iaşə obyektində 39 yaşlı kişi qətlə yetirilib.

Bu barədə 32gun.az-a Xəzər rayon prokurorluğundan bildirilib.

Belə ki, iyunun 27-si, saat 23 radələrində paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yerləşən iaşə obyektlərindən birində 1984-cü il təvəllüdlü Zaur Nəmətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1995-ci il təvəllüdlü Akif Məcidovun aralarında yaranmış mübahisə zamanı Zaur Nəmətova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İbtidai istintaq davam etdirilir.

Oxşar Xəbərlər