KRİMİNAL

Abşerondakı dəhşətli hadisə ilə bağlı YENİ XƏBƏR - Yaralalılardan biri öldü

Abşeronda kəsici alətlə xəsarətlər yetirilən 4 nəfərdən biri ölüb.

Bu barədə 32gun.az-DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

"Xəsarət alanlardan biri, 1966-cı il təvəllüdlü Zümrüd Həşimova tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb", məlumatda deyilir.

xxx

11:18

İyulun 3-də saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən  bildirilib ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 

Xəsarət alan şəxslərdən 3 nəfər - S.Həşimovun əmisi və onun ailə üzvləridir. 

Araşdırma aparılır.

Oxşar Xəbərlər