KRİMİNAL
Ölkə polisi YENİ məlumat yaydı: Bugünkü qətl hadisəsi ilə bağlı
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Şirvan şəhər sakini Y.Bağırovu qətlə yetirməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Şirvan şəhər sakini Elşən İslamov saxlanılıb.
DİN-dən 32gun.az"a verilən məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.
***19:56
Şirvanda qətl hadiəsi törədilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 32gun.az-a istinadən xəbər verir ki, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.