MƏDƏNİYYƏT - ŞOU
Bir neçə gün öncə İsraildəki müharibədən qaçan Maksim Qalkin Bakıya gəlir
Məşhur komediya ustası, müğənni Maksim Qalkin yenidən Bakıya gələcək.
32gun.az xəbər verir ki, şoumen “Gözəllik uzaqda deyil” adlı yeni konsert proqramı ilə çıxış etməyi planlaşdırır. Tədbir 2024-cü il fevralın 9-da keçiriləcək.
Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin bu ilin fevralında Bakıda konsert vermişdi.
Xatırladaq ki, bir neçə gün öncə rusiyalı müğənni Alla Puqaçova övladları Harri və Liza, əri Maksim Qalkinlə İsraildəki faciəvi hadisələrin episentrinə düşmüşdü. İfaçı həyat yoldaşı Maksim Qalkinlə birgə son il yarımdır ki, İsraildə yaşayırdı. Onlar ölkənin hava limanlarından birində görüntülənmişdi.