SOSIAL

Nazir Aqil Abbasın oğluna töhmət verib? - DİN-dən AÇIQLAMA

Bu gün yerli mətbuatda deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alması ilə bağlı xəbər yayılıb.

32gun.az xəbər verir ki, bununla bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Facebook"da yazdığı statusda məlumatın yalnış olduğunu bildirib:

"Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb".

Oxşar Xəbərlər