HADİSƏ

Goranboy sakini minaya düşdü - ayağı amputasiya edildi - YENİLƏNİB

Goranboy rayon prokurorluğu Tapqaraqoyunlu kənd sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.

32gun.az xəbər verir ki, məlumatda deyilir:
“Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.

xxx 21:10

Goranboy rayon sakini mina partlayışı nəticəsində ağr xəsarət alıb.

32gun.az "Report" a istinadən xəbər verir ki, hadisə Tap Qaraqoyunlu kəndində baş verib.

Belə ki, kəndin 26 yaşlı sakini Məmmədov Vüqar Maqsud minaya düşüb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib, onun sol ayağı amputasiya olunub.

V.Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hadisə o, qoyun otaran zaman baş verib.

Oxşar Xəbərlər