HADİSƏ
Azərbaycanda evdə meyidi tapılan kişi görün kimdir - Polis araşdırmaya başladı
Gəncə şəhərində ahıl kişi evində ölü halda tapılıb.
32gun.az "Report"a istinadən xəbər verir ki, hadisə Azərbaycan əsgəri küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü M.Rəsulovun meyti yaşadığı evin vanna otağında aşkarlanıb.
Onun bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.