HADİSƏ

Laçında qəzada həlak olan hərbçilərin FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbçimiz həlak olub.

32gun.az "Unikal"a istinadən qəzada həlak olan hərbçilərin fotolarını təqdim edir:

Xaçmaz rayonu Sayad kənd sakini əsgər Axundov Səxavət Fərasət oğlu

May be an image of 1 person and text

Gəncə sakini gizir İsmayılov Həsən Ümid oğlu

May be an image of 1 person and smiling


***18:00

Bu gün Laçında Azərbaucan ordusunun hərbçilərinin düşdüyü qəza ilə bağlı Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminaliatika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir”.

Bu barədə "32gun.az"a Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

“Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, - deyə qeyd olunub.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

*** 17:45

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.

"32gun.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib.

Faktla bağlı araşdırma aparılır.
 

*** 17:31

Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

"32gun.az" oxu.az-a istinadən xəbər verir ki, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.

Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.

Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.

 

 

Oxşar Xəbərlər