Aygün Bəylər vəfat etdi - Mədəmiyyət Nazirliyindən AÇIQLAMA (YENİLƏNİB)
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
"32gun.az" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirlyi məlumat yayıb.
Qeyd edək ki, sənətçinin nəşinin bu gecə Vətənə gətiriləcəyi deyilir.
***21:57
Saytlarda yayılan qeyri-rəsmi məlumata görə əməkdar artist Aygün Bəylər dünyasını dəyişib. Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov Moderator.az-a xəbəri inkar edib.
“Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq” deyə bildirib.
Qeyd edək ki, əməkdar artist Çingiz Əhmədov Aygün Bəylərin ölüm xəbərini Axşam.az-a təsdiqləmişdi.
***21:18
Əməkdar artist Aygün Hümmətova (Bəylər) vəfat edib. O, bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
"32gun.az" axşam.az-a istinadən xəbər verir ki, məlumatı onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.
“Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər” deyə, aktyor əlavə edib.
Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb