Bakı şəhəri Nərimanov rayonu ərazisində qəza hadisəsi baş verib.
32gun.az xəvər verir ki, "Volkswagen" ilə "Toyota Prado" markalı avtomobillər toqquşub.
Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb "Volkswagen"in sürücusu olub.
Belə ki, xanım sürücü Təbriz küçəsində üzü nərimanov metrosuna doğru hərəkət edərkən baş gicəllənməsi yaşayıb və idarəetməni ititrib. Nəticədə qarşıda dayanan "Toyota Prado" ilə toqquşub.
Xoşbəxtlikdən ciddi xəasarət alan olmayıb.
Avtomobildə olan iki uşaq ətrafdakı şəxslərin və polisin köməyi çölə çıxarılıb.
Diqqət çəkən məqam isə polis əməkdaşının avtomobildğn çıxardığı azyaşlını qucağına alıb, qorxmaması üçün əlindən gələni etməsi olub.
Ayxan