SOSIAL

Nazir bu şəxsi rəis müavini təyin etdi - Görün hansı yüksək vəzifəli şəxsin qohumudur

Samux Rayon Polis Şöbəsinə (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

32gun.az "Unikal"inadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə  polis polkovnik-leytenantı Emin Qurbanov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinata qədər Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.

Mübariz Qurbanov vətəndaşları qəbul edəcək Yeni Sabah

Oxşar Xəbərlər