SON DƏQİQƏ! Operativ Qərargahdan məlumatlar
Azərbaycanda bu gün koronavirus infeksiyasına 3564 yeni yoluxma faktı qeydə alınıb, 1004 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
32gun.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 19 nəfər COVID-19-dan dünyasını dəyişib.
Operativ Qərargahdan verilən digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 887 vaksin vurulub.
Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 319 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 936 475, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 225 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 738 970, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 972 436 təşkil edir.