İDMAN ÖZ XƏBƏR

“Trabzonspor" azarkeşləri "Fənərbağça"nın futbolçularına hücum edib

Türkiyənin "Trabzonspor" klubunun azarkeşləri Türkiyə çempionatının 30-cu turunda sevimli komandasına məğlub olduqdan sonra "Fənərbağça"nın futbolçularına hücum edib .
32gun.az bildirir ki, bu barədə NTV Spor xəbər verib.

Meydan sahiblərinin 2:3 hesabı ilə məğlub olduğu qarşılaşma Trabzonda baş tutub. Final fitindən sonra meydana çıxan azarkeş kütləsi rəqib komandanın futbolçularına hücum edərək, onlara butulka ataraq əlbəyaxa davaya səbəb olub. Hakimlər vəziyyəti sakitləşdirənə qədər futbolçular paltardəyişmə otağına sığınıblar.

Türkiyə Futbol Federasiyası (TFF) hadisəni araşdırmaq niyyətində olduğunu açıqlayıb. Günahkarların cəzalandırılacağı qeyd edilir.

2023-cü il dekabrın 12-də 15-ci turun “Ankaragücü” – “Rizəspor” (1:1) oyununda “Ankaragücü” klubunun prezidenti Faruk Kocanın hakim Halil Umut Melərə hücum etməsindən sonra TFF ölkə çempionatını müvəqqəti dayandırıb. Hakim qazona atılaraq xəstəxanaya aparılıb. Təcavüzkar daha sonra cəzaya məhkum edilib .
Ayxan

Oxşar Xəbərlər