İDMAN ÖZ XƏBƏR

“Spartak” Moskva derbisində “Dinamo”ya qalib gəldi

Moskvanın “Spartak” klubu Kontinental Hokkey Liqasının (KHL) növbəti turu çərçivəsində paytaxt derbisində “Dinamo”nu məğlub edib.
32gun.az bildirir ki, görüş “Spartak”ın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində Andrey Mironov, Mixail Maltsev, Adam Rujıçka, Danil Pivçulin və Demid Mansurov fərqləniblər. “Dinamo”nun qollarını isə Artyom Şvets-Roqovoy, Cordan Uil və Nikita Qusev vurublar.
Turnir cədvəlinə əsasən, Qərb konfransında “Spartak” 51 xalla səkkizinci pillədə qərarlaşıb. “Dinamo” isə 55 xalla beşinci yerdədir. Konfransa 61 xalla Çerepovetsin “Severstal” klubu liderlik edir.
Qeyd edək ki, Beynəlxalq Hokkey Federasiyası (IIHF) 2022-ci ilin yazında Rusiyanın Ukraynada başladığı xüsusi hərbi əməliyyatdan sonra rusiyalı hokkeyçilərin beynəlxalq turnirlərdə, hətta neytral statusda iştirakını qadağan edib. Həmçinin, təşkilat Rusiyadan 2023-cü il gənclər arasında dünya çempionatını keçirmək hüququnu da geri alıb. IIHF 2023-cü ilin martında bu qadağanı 2023/24 mövsümü üçün uzadıb, oxşar qərar 2025-ci ilin fevralında da qəbul olunub. Nəticədə Rusiya hokkeyçiləri 2025-ci il dünya çempionatında iştirak etməyiblər.

Ayaz

Oxşar Xəbərlər