İDMAN ÖZ XƏBƏR

“Özümə heç vaxt icazə verməmişəm və qoymayacağam ki, Qərb haqqında pis sözlər deyim”

SSRİ-nin fiqurlu konkisürmə üzrə əməkdar məşqçisi Tatyana Tarasova mütəxəssisin tez-tez Qərb haqqında şübhəli sözlər deməyə imkan verdiyini deyən amerikalı jurnalist Filip Herşə cavab verib
32gun.az bildirir ki, onun açıqlamasını "Ria Novisti" yayıb. 

“İstənilən ölkədə yaxşılar da olur, pislər də. Amma bir ölkə olaraq, insanlar haqqında heç vaxt pis söz deməyə icazə verməmişəm”, - Tarasova bildirib.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

BOK bildirib ki, Oyunlarda iştirak etmək üçün Rusiya idmançılarından Olimpiya Xartiyasına, o cümlədən “Olimpiya hərəkatının dinc missiyasına” hörmət etmək öhdəliyini özündə əks etdirən yenilənmiş iştirak şərtlərini imzalamaları tələb olunacaq. Öz fənlərində vəsiqə qazana bilən rusiyalı idmançılar yarışa buraxılacaqlar.
Ayxan

Oxşar Xəbərlər