SOSIAL

"Azərenerji” rəhbərinin qardaşının vergi borcu yayıldı – 53 minini qaytardı 

"Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi "Göknur Bakı LTD" MMC-nin vergi borcu üzə çıxıb.

32gun.az-ın araşdırmasına görə, nizamnamə kapitalı 6 milyon dollardan artıq olan şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 300 min manata yaxın borcu var. 

Əldə etdiyimiz məlumata görə, Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi "Göknur Bakı LTD" MMC vəzifədən çıxarılan məmurlara məxsus şirkətlər borclarını qaytarmadıqları üçün "Göknur Bakı LTD" MMC maliyyə durumu acınacaqlı vəziyyətə düşüb. 

Qeyd edək ki, 26.01.2022-ci il tarixə olan məlumata görə şirkətin vergi borcu 323 min 844 manat 11 qəpik olub. Məlumat mətbuatda dərc edildikdən sonra şirkət son 5 gün ərzində vergiyə 53 min 309 manat borcunu qaytarıb. 
Hazırda isə şirkətin 270 min 535 manat borcu qalıb.

Nilay

Oxşar Xəbərlər