KRİMİNAL

Prokurorluq məlumat yaydı - Rəşid Babayev TUTULDU

Mayın 4-də paytaxtın Sabunçu rayonu ərazisində 1974-cü il təvəllüdlü Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 32gun.az-a Sabunçu rayon prokurorluğu məlumat verib.

Aparılmış istintaqla 1966-ci il təvəllüdlü Rəşid Babayevin mayın 3-də rayonun Maştağa qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəşid Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Oxşar Xəbərlər