HADİSƏ
“Yeni Klinika”nın qarşısında ölüm hadisəsi
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə Heydər Əliyev prospektində “Yeni Klinika”nın qarşısında qeydə alınıb.
Şəhər sakini Elşad Şirinov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən Adilə Zeynalovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.