KRİMİNAL
Bakıda kişi qaynını bıçaqladı
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində kişi qaynını bıçaqlayıb.
"32gun.az" xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin Məmmədov münaqişə zəminində qaynı Sərxan Namazova bıçaqla xəsarətlər yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.