ÖZ XƏBƏR
Hacı İbrahimin Xanlar Vəliyevə satdığı deyilən “Avesta Konserni” MMC-nin borcu 700 mini ötüb
“Avesta Konserni” Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu olduğu məlum olub.
32gun.az xəbər verir ki, şirkətin vergi borcu 703 990,58 manat təşkil edir.
Məlumata görə, şirkət Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev 1104-cü məhəllə ünvanında qeydiyyatdadır. “Avesta Konserni” MMC-nin qanuni təmsilçisi Araz Nadirov Ələsgər oğludur.
Xatırladaq ki, “Avesta Konserni”nin sahibi iş adamı hacı İbrahim Nehrəmlidir. Daha əvvəl mediada Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Məmməd Araz küçəsi 109 ünvanında yerləşən “Avesta Konserni” kimi tanınan hündürmərtəbəli qeyri-yaşayış binasını satması barədə xəbərlər yayılmışdı.
Ayaz