İDMAN

Niderland yığması yarımfinala yüksəldi - YENİLƏNİB

Almaniyada təşkil olunan Avropa çempionatının növbəti 1/2 finalçısı məlum olub.

"32gun.az" xəbər verir ki, Niderland yığması Türkiyə millisinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

***00:34

Niderland yığması vurduğu növbəti qolla hesabda önə keçib - 2:1

***00:28

Niderland və Türkiyə yığmaları arasındakı oyunda hesab bərabərləşib.

"32gun.az" xəbər verir ki, matçın 70-ci dəqiqəsində Niderland millisinin üzvü Stefan De Vray fərqlənib - 1:1

***00:05

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.

"32gun.az" xəbər verir ki, oyunun birinci hissəsindən sonra Türkiyə seçməsi 1:0 hesabı ilə qalib gəlir.

***23:35

Niderland və Türkiyə yığmaları arasındakı oyunda hesab açılıb.

"32gun.az" xəbər verir ki, görüşün 35-ci dəqiqəsində Samət Akaydın Türkiyə seçməsini önə keçirib

***23:00

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyun başlayıb.

"32gun.az" xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü fransalı referi Kleman Türpen idarə edir.

***22:38

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Niderland və Türkiyə yığmalarının start heyətləri açıqlanıb.

"32gun.az" xəbər verir ki, milli komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Niderland: Bart Verbrüggen, Danyel Dümfris, Vircil Van Deyk, Natan Ake, Stefan De Vriy, Ticani Reynders, Yerdi Şouten, Xavi Simons, Stiven Bergveyn, Kodi Qakpo, Memfis Depay

Türkiyə: Mərt Günok, Mərt Müldür, Samet Akaydin, Abdülkərim Bardakcı, Fərdi Kadıoğlu, Salih Özcan, Kaan Ayhan, Hakan Çalhanoğlu, Kənan Yıldız, Barış Alpər Yılmaz, Arda Gülər.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar Xəbərlər