HADİSƏ

Sedat Pekerin adını çəkdiyi qumarxana sahibi ÖLDÜRÜLDÜ

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin tanınmış şəxsi, Qumarxana sahibi Halil Falyalı sui-qəsdin qurbanı olub.  

32gun.az Türkiyə KİV-ə  istinadə xəbər verir  ki, o. silahlı hücum nəticəsində ağır yaralanaraq,  xəstəxanaya aparılıb.  Lakin  Halilin həyatını  xilas etmək  mümkün olmayıb.  

Belə ki, hadisəsin sui-qəsd  olduğu bildirən polis əməkdaşları  Halilin vurulduğu yerdə 50-dək patron aşkar ediblər.  Həmçinin, onun  vurulma anı ətrafdakı müşahidə kameralarına əks olunub. 

Cani şəxslər H. Falyalının evinin önündə avtomobillə qarşını kəsərək, onu güllələməyə başlayıblar.  Daha sonra isə  avtomobillərinə  minərək, ərazidən uzaqlaşmağı bacarıblar.  

Polis cinayətkarların axtarışına başlayıb. 

Qeyd edək ki, sərvəti ilə tanına Halil, türkiyəli mafiya lideri Sedat Pekerin "YouTube"  videolarında adı keçən şəxslərdən biri olub. Polis Halilin ölümündə  Sedat Pekerin əli olduğunu ifadə edib.

Faktla bağlı cinayət  işi açılıb.  Araşdırmalar aparılır. 

 

Oxşar Xəbərlər