KRİMİNAL

Ucar sakini qardaşı oğlunu bıçaqladı

Ucarda bıçaqlanma hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "32gun.ax"a bildirilib ki, rayonun Qaradağlı kənd sakini, 1998-ci il təvəllüdlü Yasin Nail oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən sonuncunun əmisi, 1960-ci il təvəllüdlü Səməndar Həşimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər