KRİMİNAL
Kafedə baş verən mübahisə qanla bitdi
Şəkidə bıçaqlanma olub.
"32gun.az" xəbər verir ki, oktyabrın 3-ü saat 20 radələrində Şəki şəhərində yerləşən kafelərin birində 43 yaşlı Əli Məmmədov aralarında yaranan mübahisə zəminində Yafət Məmmədova kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törətməkdə şühəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.