KRİMİNAL

Bakıda ər-arvad qətlə yetirildi

Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "32gun.az"a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar Xəbərlər