DİGƏR ÖZ XƏBƏR

Hətta 30 dəqiqəlik məşq belə diabetdən qoruya bilər

İtaliyadakı Endokrin və Metabolik Xəstəliklər Mərkəzinin alimləri müəyyən ediblər ki, 30 dəqiqəlik aerobik məşq məşqdən bir saat sonra plazma şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.

32gun.az bildirir ki, Tədqiqatın nəticələri Journal of Endocrinological Investigation (JEI) jurnalında dərc olunub. 

Tədqiqatda 20-35 yaş arası şəkərli diabeti olmayan, idmanla məşğul olmayan və dərman qəbul etməyən 32 nəfər iştirak edib. Onların hamısı ilkin mərhələdə oral qlükoza tolerantlıq testini (OGTT) tamamladılar, ardınca VO2 maks. 60-65%-də asan yarım saatlıq qaçış etdilər.

VO2 max insanın bir dəqiqə ərzində istehlak edə biləcəyi oksigen miqdarını millilitrlə hesablayır. Bu ölçü kardiorespirator fitness və məşq dözümlülüyünü əks etdirir.

Məşqdən 24 saat sonra aparılan OGTT testinin nəticələri göstərdi ki, acqarına qlükoza səviyyəsi 82,8 mq/dL-dən 78,5 mq/dL-ə qədər azalıb. Lakin qaçışdan cəmi bir saat sonra bu göstərici 122,8 mq/dL-dən 111,8 mq/dL-ə düşüb. İnsulin səviyyələri də 57,4 µIU/ml-dən 43,5 µIU/ml-ə qədər əhəmiyyətli dərəcədə azalıb.

Tədqiqatçıların fikrincə, hətta ara-sıra qısamüddətli fiziki fəaliyyət qlükoza nəzarətini dərhal yaxşılaşdırmaqla 2-ci tip diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər. Tapıntılar metabolik sağlamlığın qorunmasında idmanın əhəmiyyətini vurğulayır.

Ayxan 

Oxşar Xəbərlər