DİGƏR ÖZ XƏBƏR

62 yaşlı qadın mübahisə zamanı ərini sinəsindən bıçaqlayıb

Sankt-Peterburqlu təqaüdçü mübahisə zamanı ərinin sinəsinə bıçaq batırıb. 

32gun.az xəbərlər verir ki, bu barədə 78.ru telekanalı məlumat yayıb .

Telekanalın məlumatına görə, hadisə oktyabrın 28-də Marşal Jukov prospektində yerləşən evdə baş verib. Təqaüdçü ilə əri arasında münaqişə yaranıb. Mübahisə zamanı yaşlı qadın bıçağı götürərək ərinin sinəsindən bıçaqlayıb. Kişini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 62 yaşlı qadını saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin mənzildən qəhvəyi rəngli izləri olan paltar və cinayət silahı götürüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nilay 

Oxşar Xəbərlər