HADİSƏ

Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı

Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.

32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə iaşə obyektində qeydə alınıb.

1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib. Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar Xəbərlər