KRİMİNAL
Bəxtiyar Həsənli bıçaqlandı
Dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.