AZTV-də Tofiq Abbasovla bağlı iclas keçirilib? - RƏSMİ AÇIQLAMA
Xəbər veridyimiz kimi, dünən Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində Pənah Hüseynlə AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında dava düşüb. Tofiq Abbas Pənah Hüseynə hücum edərək ona zərbələr endirməyə başlayıb.
32gun.az-ın məlumatına görə, verilişdən sonra hadisədən xəbər tutan "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun dərhal Tofiq Abbasova zəng edərək belə halın yolverilməz olduğunu bildirdiyi və sərt reaksiya verdiyi iddia edilir.
Bu gün səhər saatlarında isə rəhbərliyin iştirakı ilə AZTV-də təcili iclas keçirilib. (10:01)
***
Məsələ ilə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva 32gun.az-a bildirib ki, Pənah Hüseynov və Tofiq Abbas arasında baş verən insidentlə bağlı iclas keçirilməyib.
Nilay